24 SAAT XİDMƏT
Tel: (994 12) 497 37 84
497 03 64



TƏR TESTİ

Tər Testi kistik fibrozisin kilinik diaqnozunun önəmli bir parametridir. Testin əsası tərdə elektrolit konsentrasiyasını ölçməyə söykənməkdədir.Tər testi tətbiq olunmağa başlamasından günümüzə qədər müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Daha əvvəlki tər toplama metodlarından fərqli olaraq klinikamızda həyata keçirilən tər testi analizi uşaqlarda heç bir ağrı hissi yaratmır.Əvvəlki tər toplama metodunda saatlarla vaxt itkisi olurdusa,mərkəzimizdəki alman istehsalı olan cihaz vasitəsi ilə müayinənin müddəti 15-20 dəqiqəyə aparılır.Müayinənin əsas məqsədi uşağın inkişafdan qalma səbəbini təyin etmək və bədəndə çatışmayan elektrolit element olan NaCl-un miqdarını təyin etməkdir.Sağlam uşaqlarda NaCl-un konsentrasiyası tərdə 40 mmol/l-dən yuxarı olmur.Bəzi uşaqlarda isə heç 20mmol/l-ə çatmır.Əgər 40-60 mmoll arasındadırsa təkrar tər testinə ehtiyac var.Nəticə 60-dan yuxarıdırsa artıq uşağın müalicəyə ehtiyacı var.Bu test vasitəsilə mukovisidozu vaxtında aşkarlayıb müalicə etmək olar.

ƏLAMƏTLƏRİ :

  • Tez-tez və davamlı öskürək
  • Çox miqdarda bəlğəm
  • Tez-tez təkrarlanan xırıltılı tənəffüs etmə
  • Sətəlcəm və bronxit kimi tez təkrarlanan ağciyər infeksiyaları
  • Nəfəs alma və vermədə məcburi çətinlik
  • Oynarkən tez yorulma, nəfəs daralması
  • Yeni doğulmuş körpənin ilk nəcisinin qatı ve bağırsaqlara yapışması səbəbi ilə nəcisin çıxarılmaması
  • Bağırsaqların genişləməsi ilə bağlı olaraq qarın ağrısı ve qarında narahatlıqlar
  • Xəstələrin iştahları yaxşı olmasına baxmayaraq çəki ala bilməməsi, çəki itirməsi
  • Bağırsaq tıxanmaları




XİDMƏTLƏRİMİZ
Facebook